Azərbaycana daha 20 ölkədən uçuşlara icazə verilib
15:09 02 Avqust 2021
Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edib.
Femida.az -ın məlumatına görə, qərara əsasən, 2021-ci il 5 avqust tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına müvafiq tələblər nəzərə alınmaqla icazə verilir:- Almaniya Federativ Respublikası;
- Avstriya Respublikası;
- Belçika Krallığı;
- Çexiya Respublikası;
- Danimarka Krallığı;
- İrlandiya Respublikası;
- İspaniya Krallığı;
- İsveç Krallığı;
- İsveçrə Konfederasiyası;
- Kanada;
- Lüksemburq Böyük Hersoqluğ
- Malta Respublikası;
- Niderland Krallığı;
- Polşa Respublikası;
- Portuqaliya Respublikası;
- Serbiya Respublikası;
- Sinqapur Respublikası;
- Sloveniya Respublikası;
- Slovakiya Respublikası;
- Yunanıstan Respublikası.
Həmin ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında icazə verilir. Bu şəxslər Azərbaycan Respublikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmur.
Femida.az
Oxunub: 949
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 9 təyyarəsi məhv edilib"
- Pelosinin təyyarəsinin uçuşunu rekord sayda insan izləyib
- Rusiyada təyyarə qəzası olub, ölənlər var
- Rusiyada 10 gün öncə radardan itən təyyarə tapılıb
- Ukrayna Baş Qərargahı: "Qırıcı təyyarələrimiz qarşı tərəfin mövqelərinə güclü zərbələr endirib"
- Rusiyada təyyarə qəzasında ölənlərin sayı artıb
- Rusiyada "An-2" təyyarəsi radardan itib
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 1 təyyarəsi və 1 helikopteri məhv edilib"
- ABŞ-ın döyüş təyyarəsi qəzaya uğrayıb, ölən var
- Bakıda Türkiyə qırıcı təyyarələrinin uçuşu həyata keçirilir