Azad olunan ərazilərdə 630 mina aşkarlanıb


17:14     02 Avqust 2021 2021/08/4e9fe-1627909250-(1)_1627910232.jpg

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.

ANAMA-dan Femida.az -a verilən məlumata görə, iyulun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 545, tank əleyhinə 85 mina və 625 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 6 767 619 m² (677 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Noyabrın 10-dan iyulun 31-dək isə piyada əleyhinə 8951, tank əleyhinə 4022 mina və 10 026 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Beləliklə, nəticədə 39 418 246 m² (3942 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.



Femida.az

Açar sözlər: #Mina   #ANAMA    

Oxunub: 254