Kürdəxanıda ağır yol qəzasında altı nəfər yaralandı


10:38     03 Avqust 2021 21_08_03_1627972764.jpg

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, təcili yardım avtomobili ilə “Opel” markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza zamanı təcili tibbi yardım avtomobilində olan 1961-cı il təvəllüdlü İskəndərova Firəngiz İsa qızı, 1979-cu il təvəllüdlü Kərbalayeva Aynurə Arif qızı və 1967-ci il təvəllüdlü Bağırov Vəfadar Əmirşah oğlu, “Opel” markalı avtomobildə olan 1989-cu il Novruzov Röyal Əziz oglu, 1957-ci il təvəllüdlü Hüseynov Ramiz Alış oglu və 2007-ci il təvəllüdlü Novruzov Əfsun Əziz oğlu xəsarət alıb.

Bütün yaralılar xəstəxanaya aparılıb. “Opel” markalı nəqliyyat vasitəsinin sürücüsü Ramiz Hüseynovun vəziyyəti ağır olduğu üçün həkim nəzarətinə götürülüb.

Ona başın yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub. Yol qəzası ilə bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1154