Bakı metrosunda xəttə yeni qatarlar buraxılır


10:58     03 Avqust 2021 21_08_03_1627972827.jpg

Bu gündən “Bakı Metropoliteni” QSC xəttə 4 yeni qatar buraxır.

Bu barədə Femida.az-a açıqlamasında qurumun mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, qatarlar Həzi Aslanov-Dərnəgül istiqamətində hərəkət edəcək.

Bakı metrosu yeni qatarları ötən ay Rusiyadan gətirib. Bununla da metronun parkında olan yeni qatarların sayı 19-a çatıb.

Açar sözlər:

Oxunub: 1148