"Hazırda Azərbaycanda referendum və ya hansısa seçkiyə hazırlıq getmir" - Hökumətdəki mənbə
14:46 03 Avqust 2021
Son günlər bəzi media orqanlarında və sosial şəbəkələrdə Azərbaycanda bu ilin payızında referendum keçiriləcəyi, bunun ardınca isə parlamentin buraxılacağı barədə məlumatlar yayılıb.
Hökumətdəki mənbələrdən Femida.az -a bildirilib ki, ölkədə referendum və yaxud hansısa seçkinin keçirilməsinə hazırda heç bir hazırlıq getmir, bu məlumat həqiqəti əks etdirmir.
Hakim Yeni Azərbaycan Partiyasından da deyilib ki, hazırda partiyada hər hansı referendum və seçkinin keçirilməsi məsələsi müzakirə olunmur.
Qeyd edək ki, millət vəkilləri, o cümlədən YAP-ı təmsil edən deputatlar da ölkədə referendum keçirilməsinə və parlamentin buraxılacağına dair məlumatları təksib edən açıqlamalarla çıxış edirlər.
Femida.az
Oxunub: 533
Oxşar xəbərlər
- Azərbaycan lideri: "Heydər Əliyev qoymadı ki, Naxçıvanda Sovet İttifaqının saxlanmasına dair referendum keçirilsin"
- Putin Krımla bağlı referendum qərarından danışdı: “Məcbur olduq...”
- Ermənistanda referendum keçirilə bilər
- İlham Əliyev: "Dağlıq Qarabağda heç bir referendum olmayacaq"
- Makedoniyada ölkənin adı ilə bağlı referendum keçirilir
- Makedoniyada ölkənin adının dəyişdirilməsi üçün referendum başladı
- Baş nazir postu ləğv ediləcək
- Makedoniyanın yeni adı referendumda müəyyənləşəcək
- Ukrayna referenduma hazırlaşır
- Kürd referendumunun nəticələri ləğv ediləcək