Nazirdən yeni direktor təyinatı


16:30     03 Avqust 2021 2021/08/61093-1627993946_1627994601.jpg

Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor təyin olunub.

Femida.az -ın məlumatına görə, bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Valeh Mirzalıyev Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin edilib.

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin keçmiş direktoru Pərviz Yusifov idi.

Femida.az

Açar sözlər: #Peşə    

Oxunub: 309