Bakıda tiryəkxana aşkarlanıb
17:01 03 Avqust 2021
Suraxanı rayonu Bülbülə qəsəbəsində narkotik vasitələrin qəbul edildiyi tiryəkxana aşkar edilib.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin və 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı müəyyən edilib ki, qəsəbə ərazisində yerləşən həmin ünvanda narkotik vasitələrin qəbulu və satışı təşkil edilir.
Tədbir zamanı orada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Suraxanı rayon sakinləri Tərlan Əsmətov, Rəhman Əliyev, Baloğlan Mehtiyev, Ruslan Doçenko və Xəlil Kavadze saxlanılıblar. Onların üzərlərinə baxış zamanı ümumilikdə 10 qarama yaxın heroin aşkar edilib. Saxlanılan şəxslər ifadələrində Bülbülə və Əmircan qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildiriblər.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər istintaqa cəlb olunublar. Narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması istiqamətində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 616
Oxşar xəbərlər
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- Sərhədin Laçın və Kəlbəcər istiqamətlərində Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib
- DİN: Zaqatalada meşədə yanğın törədən şəxs müəyyən edilib
- DİN: "Son 2 ayda Şirvanda 77 nəfər saxlanılıb"
- DİN Aşura mərasimləri ilə bağlı vətəndaşlara müraciət edib
- DİN: “Yaylaq Festivalında tıxac və vətəndaşların yolda qalması xəbərləri əsassızdır”