Göyçayda keçmiş məhkum heroinlə saxlanılıb


11:44     04 Avqust 2021 21_08_04_1628060575.jpg

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az- a verilən məlumata görə, şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Abdullayevin yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə polisə əməliyyat məlumatı daxil olub.

Keçirilən tədbir zaman o, şübhəli şəxs qismində saxlanılıb, evinə baxış keçirilən zaman oradan narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 888