Əfqanıstan MN: Son sutkada "Taliban"ın 274 yaraqlısı məhv edilib


12:35     04 Avqust 2021 21_08_04_1628062539.jpg

Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri son 24 saat ərzində "Taliban"ın 274 yaraqlısını məhv edib.

Femida.az -IN xəbərinə görə, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi "Twitter" hesabında bildirib.

Nazirliyin məlumatına görə, son 24 saat ərzində Fərah, Nəngərhar, Lövgər, Herat, Qəndahar, Fəryab, Bəlx, Cövzcan, Səməngan, Sar-e Pol Hilmənd, Təxar, Künduz, Bəğlan və Kapisa vilayətlərində həyata keçirilən əməliyyatlar nəticəsində 274 "Taliban" yaraqlısı öldürülüb, 119 yaraqlı yaralanıb.

Açar sözlər:

Oxunub: 585