Türkiyənin yorğun qəhrəmanları- FOTOLAR


14:47     04 Avqust 2021 2021/08/610a5-1628073449_1628074324.jpg

Türkiyədə bir həftədən çoxdur davam edən dəhşətli meşə yanğınları ölkədə ciddi fəsadlar törədir. Yerli media aidiyyəti dövlət qurumları ilə yanaşı vətəndaşların da alovlarla mübarizəyə səfərbər olduğunu yazır.

Femida.az xəbər verir ki, bu gün saytlar qəhrəman yanğınsöndürənlərin yeni görüntülərini dərc edib. Fotoları Mərmərə bələdiyyəsi yayıb.

"Türkiyənin ciyəri ölkədə davam edən meşə yanğınları ilə bərabər yanarkən, alovlarla mübarizə aparan xüsusi qruplar gecə -gündüz iş başında olurlar. Təbii fəlakətə meydan oxuyanlar yanğınsöndürən və meşə təsərrüfatının işçiləridir. Onlar çox qısa fasilə götürür, günlərlə yuxusuz qalırlar. Buna baxmayaraq bu gün də qəhrəmanlarımız yenidən yorulmadım deyərək yanğınlarla mübarizəyə qatılıblar. Paylaşılan şəkillərdə bəzilərinin fasilə zamanı yük maşınında dincəlməyə çalışdığı, bəzilərinin isə masada, oturduğu yerdə mürgülədiyi görünür. Bu mübarizəni ürəkdən və sağlamlıqları bahasına aparanların haqları ödənilməz",-məqalədə yazılıb.

Qeyd edək ki, bu günə kimi yanğında 8 nəfər həyatını itirib, minlərlə heyvan isə yanaraq kül oldu. Yanğınlar hələ də 6 əyalətdə davam edir.







Femida.az

Açar sözlər: #Türkiyə   #Yanğın    

Oxunub: 1307