"PUA-lar havaya qaldırılmayıb" - MN


15:19     04 Avqust 2021 2021/08/610a7-1628074825_1628076490.jpg

Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatının guya Ermənistan ərazisinə keçməsinin qarşısını alınması barədə yayılan məlumat qarşı tərəfin növbəti yalanıdır və dezinformasiya xarakteri daşıyır.

Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Bildiririk ki, həmin istiqamətdə pilotsuz uçuş aparatları havaya qaldırılmayıb və istifadə olunmayıb. Belə məlumatlar yaymaqla Ermənistan tərəfi mövqelərimizi atəşə tutmaq kimi təxribatlarını ört-basdır etməyə və ictimaiyyəti aldatmağa çalışır. Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır",-məlumatda deyilir.


Femida.az

Açar sözlər: #MN   #PUA    

Oxunub: 341