Qarabağda daha bir erməni hərbçinin cəsədi tapıldı


16:15     04 Avqust 2021 2021/08/qarab-1628078957_1628079376.jpg

İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsəd Füzuli rayonu ərazisində aşkar edilib.

Onun şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1 630 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılıb.

Femida.az

Açar sözlər: #Qarabağ   #Erməni    

Oxunub: 932