Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edib


16:38     04 Avqust 2021 2021/08/mixal-1628080227_1628080868.jpg

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunub.

Femida.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrell qərar imzalayıb.

Qərara görə, bu vəzifəyə Petr Mixalko təyin edilib. O, hazırda qurumun Moldovakı nümayəndəliyinin rəhbəridir. Daha əvvəl isə Slovakiyanın Yunanıstandakı səfiri vəzifəsində çalışıb.

Femida.az

Açar sözlər: #Azərbaycan   #Avropa-İttifaqı   #Səfir    

Oxunub: 298