Azərbaycan səfiri etimadnaməsini Sinqapur prezidentinə təqdim edib


16:53     04 Avqust 2021 2021/08/16280-1628081035_1628081760.jpg

Avqustun 4-də Azərbaycan Respublikasının iqamətgahı Cakarta şəhərində olmaqla Sinqapur Respublikasındakı səfiri Cəlal Mirzəyev etimadnaməsini bu ölkənin Prezidenti Həlimə Yaquba təqdim edib.

Femida.az xəbər verir ki, videokonfrans formatında keçirilmiş mərasimdə səfir C.Mirzəyev ilk növbədə, Prezident Həlimə Yaquba Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb.

Azərbaycanın Sinqapur ilə qarşılıqlı faydalı əməkdaşlığa söykənən münasibətlərinin dinamik inkişafından söz açaraq, ölkələrimiz arasında son illərdə xüsusilə iqtisadi əlaqələrin və ticarət dövriyyəsinin həcminin artdığını diqqətə çatdırıb. Səfir iki ölkə arasında əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi məqsədilə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Öz növbəsində təşəkkürünü bildirən Prezident Həlimə Yaqub dərin ehtiramını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. Sinqapur Respublikasının Prezidenti Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində sədrliyini təqdir etdiklərini, bu xüsusda pandemiya ilə mübarizədə Azərbaycana istənilən texniki yardım göstərməyə hazır olduqlarını ifadə edib.

Mərasimdə Sinqapurun Xarici İşlər naziri Dr. Vivian Balakrişnan da iştirak edib.

Femida.az

Açar sözlər: #Azərbaycan   #Səfir    

Oxunub: 838