Türkiyənin Muğla bölgəsində yanğınlar davam edir


18:18     04 Avqust 2021 mese%20yanib.jpg



Türkiyədə yanğınlar davam edir.

Hazırda qardaş ölkənin Muğla şəhərinin Menteşe, Çamlıbel, Yerküpü bölgəsindəki meşələr yanır.

Yanğının miqyası genişlənir.

Hazırda yanğınsöndürənlər tərəfindən yanğının söndürülməsi istiqamətində işlər görülür. Yanğınların söndürülməsinə helikopter də cəlb edilib.

Qeyd edək ki, hazırda Türkiyə və Azərbaycan Fövqəladə Hallar nazirliklərinin əməkdaşları üç istiqamətdə - Muğla şəhərinin Kavaklı, İlanlı və Çayhisar bölgəsində yanğınları söndürürlər.

Femida.az

Açar sözlər:

Oxunub: 999