"Yaxın günlərdə məktəblərin açılması məsələsinə aydınlıq gətiriləcək" - Emin Əmrullayev


18:47     04 Avqust 2021 2021/08/12330-1612009130_1628088582.jpg

“Çalışacağıq ki, yaxın günlərdə növbəti tədris ilində məktəblərin açılacağı məsələsinə aydınlıq gətirək”.

Femida.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Nazir MİQ müsabiqəsində vakansiyaların açıqlanacağı vaxtı da bildirib: “Bütün fənlər üzrə vakansiyalar bu gün və ya sabah açıqlanacaq”.

E. Əmrullayev Qarabağ bölgəsi üçün vakant müəllim yerlərinin sayı barədə sualı da şərh edib: “Qarabağda vakant yerlərin sayını bilən kimi deyəcəyik”.

Femida.az

Açar sözlər:

Oxunub: 289