Ağsuda dağlıq ərazidə başlayan yanğın meşəliklərə yaxınlaşır


10:48     05 Avqust 2021 21_08_05_1628146133.jpg

Ağsunun Gəgəli kəndinin şimal-qərb tərəfində, "El yeri" adlanan dağlıq ərazinin yaxınlığında yanğın başlayıb.

Femida.az xəbər verir ki, ötən gün saat 10-30 radələrindən başlayaraq sözügedən ərazilərdə kol-kos yanır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu, Şamaxı və İsmayıllı yanğından mühafizə hissələrindən 5 yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub.

Hazırda yolsuzluq və çətin relyef şəraitində getdikcə yayılan yanğının söndürülməsi üçün gərgin mübarizə aparılır.

Əsas diqqət yanğının dağlardakı meşəlik ərazilərə keçmədən söndürülməsinə yönəldilib.

Qeyd edək ki, yanğınla mübarizəyə mülki vətəndaşlar da cəlb olunub.

Açar sözlər:

Oxunub: 797