İlham Əliyev yol tikintisinə pul ayırdı-Sərəncam
15:39 05 Avqust 2021
Prezident İlham Əliyev Şabran rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (6 km)–Padar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Femida.az xəbər verir ki, Sərəncama əsasən Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (6 km)–Padar avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 1,1 milyon (bir milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Femida.az
Oxunub: 1811
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Ukrayna Prezident Ofisi "Amnesty International"ı sərt tənqid edib
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Şri-Lankada etirazçılar prezident iqamətgahını ələ keçirib