Cəlilabadda iki şadlıq sarayının sahibi məhkəməyə verilib


10:17     06 Avqust 2021 21_08_06_1628230690.jpg

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan 3 toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı “Kral”, “Aytac”, “Ruslan” şadlıq saraylarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halı müəyyən olunub.

“Kral” və “Aytac” şadlıq saraylarının sahibləri barəsində inzibati protokollar tərtib olunaraq hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Digər obyektin sahibi isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunub.

Açar sözlər:

Oxunub: 1102