Salyanda yol qəzasında 21 yaşlı gənc qız xəsarət alıb


10:47     06 Avqust 2021 21_08_06_1628231210.jpg

Salyan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Salyan rayonu ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin, 2000-ci il təvəllüdlü Cavadova Rahidə Rafiq qızı xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona sol ayağın sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 938