Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub


16:30     06 Avqust 2021 2021/08/610d2c4fb0299610d2c4fb029b1628253263370497f2d7c2952263641718f3f56894_1628255531.jpg

Avqustun 6-sı saat 12:45-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikası Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Femida.az -a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Cavab atəşi ilə qarşı tərəf susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Femida.az

Açar sözlər: #Naxçıvan    

Oxunub: 1178