Xalq artisti Prezidentə təşəkkür edib


18:17     06 Avqust 2021 2021/08/d39c2e3d-8cbc-322c-8745-beccad886d47_850_1628260249.jpg

“Cənab Prezidentə Rəfiqə xanımı 90 illik yubileyi münasibətilə “Şöhrət” ordeni ilə təltif etdiyi üçün təşəkkürlərimizi bildiririk. Yubileyindən bir gün əvvəl belə bir xəbərin gəlməsi bizi çox sevindirdi”.


Bu fikirləri Femida.az-a açıqlamasında “Şərəf” ordeni ilə təltif olunan Xalq artisti Rəfiqə Axundovanın həyat yoldaşı Maqsud Məmmədov bildirib.

Onun sözlərinə görə, xəbəri eşidən yaxınları müxtəlif ölkələrdən zəng edib Xalq artistini təbrik ediblər.

Qeyd edək ki, Rəfiqə Axundova 1931-ci il avqustun 7-də Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbində təhsil alan xanım baletmeyster 20 il Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 1971-ci ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən isə baş baletmeysteridir.

Sabah Rəfiqə Axundovanın 90 yaşı tamam olur.

Açar sözlər:

Oxunub: 630