Novxanıda bir nəfər dənizdə boğulub


22:57     06 Avqust 2021 m_deniz-bisikletinden-dusen-genc-boguldu.jpg

Abşeron rayonunda bir nəfər dənizdə batıb. Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndi ərazisində 1 nəfərin dənizdə (nəzarətsiz ərazi) batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Xıdırov Aqşin Afər oğlunun meyiti tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 380