Cəlilabadda gəlin maşını qəzaya düşüb


18:21     07 Avqust 2021 2021/08/c570dd13-bbae-3a56-b254-aa722ce8ed88_1628347351.jpg

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Report-un məlumatına görə, hadisə yeni Ələt-Astara avtomobil yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, toy kortecində olan gəlin maşını maneəyə çırpılıb.

Qəza nəticəsində gəlin xəsarət alıb, o, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 447