Həyətində toy edən cərimələndi


20:51     07 Avqust 2021 2021/08/toyq_1628355121.jpeg

Göyçayda karantin qaydalarının pozulduğu toyun təşkilatçısı cərimələnib


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, Xəzər Şabanova məxsus evin həyətyanı sahəsində keçirilən toy mərasimində 80 nəfərə yaxın qonağın iştirak etdiyi aşkarlanıb. Aşkarlanmış qayda pozuntuları ilə bağlı ev sahibi inzibati məsuliyyətə cəlb edilərək cərimə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1218