Gəncədə anasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb


10:01     08 Avqust 2021 2021/08/2b5f0828-7d7d-3d98-b8d8-06be4c7db130_850_1628402566.jpg

Gəncə şəhəri, Məhsəti qəsəbə sakini 1980-ci il təvəllüdlü Ramin Rüstəmovun iyulun 24-də anası 1957-ci il təvəllüdlü Svetlana Rüstəmovaya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsi səbəbindən sonuncunun avqustun 7-də ölməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az -ın sorğusuna cavab olaraq bildirilib.

Ramin Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Açar sözlər:

Oxunub: 1043