Ağsuda dağlıq ərazidə baş verən yanğın söndürülüb


10:14     09 Avqust 2021 2021/08/2a48999e-de62-3562-adab-8dc41ae99869_850_1628489692.jpg

Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

Femida.az xəbər verir ki, yanğınsöndürmə əməliyyatlarında Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri və Aviasiya dəstəsinin helikopteri fəaliyyət göstərib.

Ümumilikdə 300 hektar ərazidə baş vermiş yanğın nəticəsində quru ot, kol-kos və biçilmiş taxıl sahəsi yanıb.

Açar sözlər:

Oxunub: 816