Bakı məktəblərində işə qəbul başlayır


13:10     09 Avqust 2021 2021/08/6110ed4a93f016110ed4a93f021628499274a1c31c95bf859a518ae5aad85de54574_1628500501.png

Ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin III (şifahi müsahibə) mərhələsinin vaxtı açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Femida.az
-a verilən məlumata görə, şifahi müsahibələrin 16-25 avqustda keçirilməsi nəzərdə tutulur.

Şifahi müsahibənin keçirilmə vaxtı və yeri, həmçinin müsahibədə iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı barədə məlumatlar namizədlərin “Şəxsi kabinet”inə göndərilib.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 192 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Femida.az

Açar sözlər: #Bakı    

Oxunub: 394