Bu il yol qəzalarında 290 nəfər ölüb


16:26     09 Avqust 2021 2021/08/898507a1eb7539bb6611ad9fefa45986_1628512119.jpg

Azərbaycanda 2021-ci ilin yanvar-iyun aylarında 756 və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Femida.az -a Dövlət Statistika Komitəsindən bildirilib. Həmin hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 3,7 faiz azalaraq 988 nəfər olub. Onlardan 290-ı həlak olub, 698-i isə yaralanıb. Hadisələrin 43,5 faizi gündüz, 38,1 faizi gecə, 18,4 faizi isə toran vaxtı baş verib, 29,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 87,2 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 14,5 faiz azalaraq 213 nəfər, yaralananların sayı 0,8 faiz azalaraq 645 nəfər olub.

Femida.az

Açar sözlər: #DSK   #Yol-qəzası    

Oxunub: 1176