Türkiyədə sərnişin avtobusu aşıb, 30 nəfər yaralanıb


10:43     10 Avqust 2021 21_08_10_1628577865.jpg

Türkiyənin Uşak bölgəsində Ankara-Uşak avtomobil yolunda sərnişin avtobusunun aşması nəticəsində 30 nəfər yaralanıb.

Femida.az xəbər verir ki, məlumatı Türkiyənin NTV telekanalı yayıb.

Hadisə avtobus sürücüsünün idarəetməni itirməsi səbəbindən baş verib.

Hadisə yerinə təcili tibbi yardım heyəti, polis əməkdaşları və xilasedicilər cəlb olunublar.

Açar sözlər:

Oxunub: 1303