Toy qaydalarını pozan 58 nəfər cərimələnib
10:59 10 Avqust 2021
Avqustun 9-da Daxili İşlər Nazirliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 290 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-dən Femida.az-a verilən məlumata görə, monitorinq 241 şadlıq sarayında, 49 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 58 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 2 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 2 217 nəfər isə COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Oxunub: 833
Oxşar xəbərlər
- Toylarla bağlı vaxt və say məhdudiyyəti aradan qaldırılıb
- Toyda irad bildirdiyinə görə əmisini güllələyən şəxsin cəzası azaldılıb
- Toylara görə daha 43 nəfər cərimələnib
- Toylara görə daha 15 nəfər cərimələnib
- Toylara görə daha 10 nəfər cərimələnib
- Toylara görə daha 32 nəfər cərimələnib
- Toylara görə daha 68 nəfər cərimələnib
- Toylara görə daha 7 nəfər cərimələnib
- Toya gedən daha 7 nəfər cərimə olunub
- Toy qaydalarının pozulmasına görə daha 2 nəfərə cinayət işi açılıb, 203 nəfər cərimələnib