İsrail səfiri Naxçıvana gedib
18:51 11 Avqust 2021
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 11-də İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diklə görüşüb.
Femida.az xəbər verir ki, Ali Məclisin Sədri ölkələrimiz arasındakı münasibətlərdən bəhs edib, ölkələrimiz arasında əlaqələrin inkişafında İsrailin Azərbaycandakı səfirliyinin fəaliyyətini vurğulayıb. Muxtar Respublikanın uzun illər blokada şəraitində yaşadığını bildirən Ali Məclisin Sədri kommunikasiyaların bərpasından sonra əlaqələrin müxtəlif sahələrdə - təhsil, səhiyyə, turizm, kənd təsərrüfatı və yeni texnologiyaların tətbiqi istiqamətində genişlənəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində, səfir Corc Dik Naxçıvan Muxtar Respublikasına səfərinin əhəmiyyətinə toxunub. Azərbaycandakı multikultural və tolerant mühitdən bəhs edən diplomat əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyini bildirib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Oxunub: 431
Oxşar xəbərlər
- İsrail Dəməşqdən cənubda yerləşən hədəflərə raket zərbəsi endirib
- İsrail Ukraynaya hərbi yardımı genişləndirməyi nəzərdən keçirir
- İsrail bu ölkəni vurdu
- İsrail raket atəşinə məruz qalıb
- İsrail ordusu İordan çayının Qərb sahilində anti-terror əməliyyatı keçirir
- İsraildə terror aktını həyata keçirən şəxsin kimliyi məlum olub
- İsrail Baş naziri: “Qətiyyətli şəkildə Ukraynanın yanındayıq”
- İsrailin Baş naziri öz vətəndaşlarını Ukraynadan qayıtmağa çağırıb
- İsrail və Türkiyə prezidentləri arasında telefon danışığı olub
- İsrail səfirliyi Azərbaycan xalqına başsağlığı verib