Peyvənd olunanların sayı açıqlanıb


18:55     11 Avqust 2021 2021/02/VAKSİN_1612365042.jpg

Azərbaycanda bu gün 65 269 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 43 380, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 21 889 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 5 443 311, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 243 487, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 299 824 təşkil edir.

Açar sözlər:

Oxunub: 1009