Ombudsman Ermənistan hökumətini azərbaycanlılara qarşı nifrət siyasətindən əl çəkməyə çağırıb


21:09     11 Avqust 2021 2020/06/sebine-ombudsman_1590997347.jpg

Uzun illər boyu Ermənistanda azərbaycanlılara qarşı yürüdülən nifrət siyasəti bütövlükdə həmin cəmiyyətin üzvlərinin, habelə uşaqların psixologiyasına mənfi təsir göstərir. Belə ki, xüsusilə erməni uşaqlarda Azərbaycanofobiya hissi formalaşdıraraq, onları hərbi əməliyyatlara cəlb edən Ermənistan hərbi-siyasi rəhbərliyinin belə addımları qətiyyən yolverilməzdir.

Femida.az xəbər verir ki, bu fikirlər Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın mətbuata açıqlamasında yer alıb.

Ombudsman qeyd edib ki, BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyası, "Müharibə zamanı mülki şəxslərin qorunması haqqında" Cenevrə Konvensiyası 15 yaşınadək uşaqların müharibəyə cəlb olunmasını qadağan edir və bunu müharibə cinayəti kimi qiymətləndirir. Təəssüf ki, beynəlxalq konvensiyalar üzrə götürdüyü öhdəliklərə əməl etməyən Ermənistanın siyasi və hərbi rəhbərliyi qeyd olunan normalara da məhəl qoymur. Bu cür faktlarla bağlı daha geniş məlumatlar növbəti hesabatımızda yer alacaq.

“Bu vəziyyət insan hüquqları üzrə müvəkkil olaraq məni ciddi narahat edir. Hesab edirəm ki, Ermənistan hökuməti götürmüş olduğu beynəlxalq öhdəliklərə riayət etməli və azərbaycanlılara qarşı nifrət siyasətindən əl çəkməlidir”, - deyə S.Əliyeva bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 647