Apellyasiya şikayətləri ilə bağlı “Qaynar Xətt” yaradıldı


13:33     12 Avqust 2021 2021/08/mehkeme_1628760853.jpg

Vətəndaşların məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsində xüsusi “Çağrı Mərkəzi” yaradılıb.

Femida.az xəbər verir ki, “Çağrı Mərkəzi” məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması, eləcə də məhkəməyə daxil olan zənglərin vahid mərkəzdən idarə edilərək cavablandırılmasında operativliyi təmin edəcək.

Belə ki, Çağrı mərkəzi həftənin iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir.

Məhkəmə istifadəçiləri müraciətlərini 012-526-26-26 və 1926 qısa nömrəsi ilə çağrı mərkəzinin “Qaynar Xətt”inə ünvanlaya bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 980