"Qarabağ" və "Neftçi"nin avrokubok oyunlarının başlama saatı açıqlanıb


09:16     13 Avqust 2021 2021/08/9C8D1E45-19E8-4D97-A183-6A072B7D6B24_1628831628.jpeg

"Qarabağ" və "Neftçi"nin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki hər iki oyununun başlama saatı açıqlanıb.

Femida.az xəbər verir ki, Ağdam klubunun Şotlandiya "Aberdin"i ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi ilk görüş saat 20:00-da, cavab matçı isə Bakı vaxtı ilə 22:45-də başlayacaq.

"Neftçi" birinci qarşılaşmanı evdə oynayacaq. İsrailin "Makkabi" (Hayfa) klubu ilə hər iki matçın başlama saatı 21:00-dır.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 17-si və 26-da olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 951