Gəncədə evi tərk edən koronavirus xəstəsi saxlanılıb


11:58     13 Avqust 2021 2021/08/eaf19f52-e82a-3cea-9bb8-978166d62d1e_1628841583.jpeg

Gəncədə evi tərk edən koronavirus xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv olan şəhər sakininin evi tərk edərək şəhər ərazisinə şıxması aşkar edilib.

Bildirilib ki, xanım ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozub.

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həmin xanım yaşadığı evə göndərilib.

Faktla bağlı ŞBPİ-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1010