Abşeronda qonşusunun pulunu mənimsəyən şəxsə cinayət işi açıldı


12:35     13 Avqust 2021 2021/08/prok_1628845820.jpg

Abşeron rayon sakini Əbülfət Əlizadənin 7700 manat məbləğində pulunun müxtəlif bəhanələrlə qonşusu Səfərov Qabil Abdulla oğlu tərəfindən dələduzluq yolu ilə ələ keçirilib.

Bu barədə Femida.az- a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Vətəndaşın ərizəsi Abşeron rayon prokurorluğu tərəfindən nəzarətə götürülməklə Abşeron rayon polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Prokurorluğa müraciət edən zərərçəkmiş Əbülfət Əlizadə minnətdarlığını ifadə edib.



Femida.az

Açar sözlər:

Oxunub: 393