Torpaq üstündə dava bıçaqlanma ilə bitdi


09:48     14 Avqust 2021 2021/08/E66038D6-A389-4AD1-988D-21BF1C3AAB10_1628913031.jpeg

Masallıda qohumlar arasında baş verən dava bıçaqlanma ilə bitib.

Femida.az xəbər verir ki, rayonun Şərəfə kənd sakini Əzizov Pərviz Təhmasib oğlu əmisi arvadı tərəfindən bıçaqlanıb.

P. Əzizov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisəyə səbəb qohumlar arasında torpaq bölgüsü üstündə yaranan mübahisə olub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Masallı    

Oxunub: 910