Dünyada vaksinasiya ilə bağlı son vəziyyət


10:17     14 Avqust 2021 2021/08/B004FC8D-D8E8-4247-8D6D-DC4D104DCA82_1628913786.png

Dünya üzrə koronavirusa qarşı vurulan vaksin sayı 4 milyard 620 milyon dozu ötüb.

Femida.az xəbər verir ki, bu barədə “Ourworldindata.org” məlumat yayıb.

Bildirilib ki, Çin 1 milyard 830 milyon dozla ən çox vaksin vurulan ölkədir.

Çini 523 milyon 670 min ilə Hindistan, 353 milyon 860 min ilə ABŞ, 160 milyon 60 min ilə Braziliya, 108 milyon 180 min ilə Yaponiya, 96 milyon 850 min ilə Almaniya, 87 milyon 180 min ilə İngiltərə, 82 milyon 138 min ilə Türkiyə, 79 milyon 290 min ilə Fransa, 79 milyon 50 min ilə İndoneziya, 74 milyon 800 min ilə Meksika, 73 milyon 290 min ilə İtaliya, 68 milyon 640 min ilə Rusiya, 60 milyon 450 min ilə İspaniya və 51 milyon 140 min ilə Kanada izləyib.

Bugünədək dünya üzrə 206 milyon 387 mindən çox insan koronavirusa yoluxub, 4 milyon 350 mindən çox insan isə virusdan həyatını itirib.

Femida.az

Açar sözlər: #Covid-19   #Vaksin    

Oxunub: 1510