Karantin qaydalarını pozan çay evləri cərimələndi


14:59     14 Avqust 2021 2021/08/8A47AD58-BAAB-4BB9-A1B6-CFCAC95DE931_1628935705.png

İmişlidə karantin qaydalarına zidd fəaliyyət göstərən çay evləri aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı şəhər ərazisində fəaliyyət göstərən “Relax” və "Playstation club" çay evlərində xüsusi karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi halları aşkarlanıb. Qaydaların pozulduğu obyektlərin sahibləri ilə profilaktik söhbətlər aparılıb və onlara karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

Hər iki obyekt sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və onlar inzibati qaydada məsuliyyətə olunublar.

Femida.az

Açar sözlər: #Virus    

Oxunub: 482