AZAL-ın təyyarəsi texniki nasazlığa görə eniş edib


16:06     14 Avqust 2021 azalll4.jpg

Antalya-Bakı marşrutu üzrə reysin yerinə yetirilməsinə hazırlaşan "Azərbaycan Hava Yolları" aviaşirkətinin "Airbus A320" təyyarəsi texniki səbəblərdən dayanacağa qayıdıb.

"Azərbaycan Hava Yolları" QSC-dən Femida.az-a verilən məlumata görə, sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək.

Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcək.

Açar sözlər:

Oxunub: 514