AQTA bu restoran və kafeləri cərimələdi - SİYAHI


17:06     14 Avqust 2021 2018/10/AQTA_1539671350.jpg

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Agentlikdən Femida.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 13-də ölkə üzrə 423 ictimai iaşə obyektində 724 monitorinq keçirilib. Monitorinqlər zamanı 10 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ştq, Z.Əliyev 27ünvanında yerləşən, fiziki şəxs Ələkbərov Fizuli Qaraşoğluna məxsus kafe;

2. Bakı şəhəri, Nizami‎ rayonu, Q. Qarayev pr. 54 ünvanında yerləşən, fiziki şəxs Rzayev Pərviz Aslan oğluna məxsus“Köz Halil Usta” restoranı;

3. Bakı şəhəri, Nərimanov, Ə.Rəcəbli 4 ünvanında yerləşən, hüquqi şəxs "KHAZAR FOOD" Məhdud Məsuliyyətli Cəmiyyəti məxsus “Du Poele” kafesi;

4. Bakı şəhəri, Yasamal rayonu, A.Rəhimov 245 ünvanında yerləşən, fiziki şəxs Sultanov Altay Şərafəddin oğluna məxsus restoran;

5. Bakı şəhəri, Nəsimi‎ rayonu, H.Əliyev 999 M ünvanında yerləşən, fiziki şəxs Ağayev İlqar Hüseyn oğluna məxsus kafe;

6. Bakı şəhəri, Binəqədi rayonu, Ə. Naxçıvani 54 Bünvanında yerləşən, fiziki şəxs Qasımov Sərxan Aslan oğluna məxsus kafe;

7. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev 67 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Elbrus Mehman oğluna məxsus “Rodos Pub” kafesi;

8. Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov 29 ünvanında yerləşən, fiziki şəxs İlhan Karana məxsus kafe;

9. Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov 14Cünvanında yerləşən, fiziki şəxs Salmanov Rizvan Nadir oğluna məxsus kafe;

10. Ağstafa rayonu, Ü.Hacıbəyli küçəsində yerləşən, fiziki şəxs Aşurov Orxan İbrahim oğluna məxsus restoran.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.


Femida.az

Açar sözlər:

Oxunub: 1124