Kəlbəcərdə qəza: 3 nəfər xəsarət alıb


10:17     15 Avqust 2021 2021/08/qeza_1823747856_1629008386.jpg

Kəlbəcər ərazisində "VAZ-21021" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı avtomobildə olan 5 nəfərdən 3-ü, Məmmədov Natiq (2002-ci il təvəllüdlü), Əmraslanov Hüseyn (1999-cu il) və Hüseynov Niyaməddin ( 1997-ci il) xəsarət alıblar.

Femida.az "Report"a istinadla bildirir ki, yaralılar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıblar. Onların hər üçünün vəziyyəti normaldır.

Avtomobil qəzasına düşənlər Kəlbəcər ərazisində infrastruktur işləri görən şirkətlərdən birinin əməkdaşlarıdır.
Faktla bağlı araşdırmalara başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 639