Kürdəmir sakinindən "patı" və heroin aşkarlanıb


09:02     16 Avqust 2021 2021/08/E4B732B6-F8A5-4815-9B85-E8EF87474F1F_1629090411.jpeg

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan rayon sakini, 51 yaşlı Kamal İslamov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı "patı" adlanan narkotik maddə olan metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 949