Ağdamda mağazadan oğurluq edən üç nəfər şəxs saxlanılıb


09:47     16 Avqust 2021 terror%20hebs.jpg

Ağdam rayonunda mağazadan oğurluq edən üç nəfər şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Ağdam rayon sakini R.Hüseynov Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus rayonun Dördyol-1 qəsəbəsində yerləşən mağazadan 1300 manat pulun və təhlükəsizlik kamerasının yaddaş qurğularının oğurlanması barədə məlumat verib.

Daxil olmuş müraciət əsasında şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən üç nəfər şəxs saxlanılıb.

Araşdırmalarla onların rayonun Mərzili kənd sakini Vüqar Vəliyev, Təzəkənd qəsəbə sakinləri Vasif İbadov və Pənah Quliyev olduqları müəyyən edilib.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri oğurluq hadisəsini etiraf ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 421