Dəmir yolundan oğurluq edən şəxslər saxlanıldı
11:21 16 Avqust 2021
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları Siyəzən rayonu ərazisindən keçən işlək dəmir yolu xətlərindən rels yanlıqlarını oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakinləri Elçin Cəfərov, Ağasi Ağasiyev və Asim Şükürullayevi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun Femida.az-a verdiyi məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən E.Cəfərov dəmir yolunda təmir-tikinti işləri aparan şirkətdə mühafizəçi işləyib. Həmin şəxs əvvəlcədən tanışları A.Ağasiyev və A.Şükürullayevlə plan quraraq bu əməli törədib.
Faktla bağlı araşdırmalar aparılır.
Femida.az
Oxunub: 985
Oxşar xəbərlər
- Dəmir yolunda məhdudiyyətlər tətbiq edilib
- Dəmiryolu stansiyasından oğurluq edən şəxs tutuldu
- Dəmir Yollarında işə qəbul prosesi tamamilə məsafədən keçiriləcək
- Dəmir yolu işçiləri və energetiklər də təltif edildi
- Dəmir yol təmirçisi faciəvi şəkildə öldü
- Dəmir yollarından oğurluq edilib
- Dəmir yolu stansiyasında partladıcılar tapılıb
- Dəmiryolu vağzalının qarşısında ölüm hadisəsi baş verib
- Dəmir yolu keçidlərində bunu edənlər cərimə olunacaq - HÜQUQİ YARDIM
- Dəmir yolundan oğurluq edən şəxs tutuldu