Ceyhun Bayramov və Çavuşoğlu Əfqanıstandakı sülhməramlıların birgə fəaliyyətini müzakirə ediblər


13:50     16 Avqust 2021 2021/08/92a092c6-3351-33d0-90bc-f7b68d1c764a_850_1629107513.jpg

Avqustun 16-da Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Bu barədə Femida.az-a Azərbaycan XİN-dən bildirilib.

"Nazirlər bölgədə mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar. Telefon danışığı zamanı tərəflər, həmçinin Əfqanıstanda Türkiyə və Azərbaycan sülhməramlılarının birgə fəaliyyəti, bu missiyanın hazırkı durumunu müzakirə ediblər", - məlumatda qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 378