MN: Azərbaycan Ordusunun atəşi nəticəsində erməni hərbi qulluqçunun ölümü məlumatı həqiqətə uyğun deyil


21:39     16 Avqust 2021 2018/09/mudafie-nazirlik_1537857415.jpg

Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində guya Azərbaycan Ordusu bölmələrinin atəşi nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil.

Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən bildiriblər.

"Əksinə, gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Qarşı tərəfin guya bölmələrimizin itki verməsi barədə yaydığı məlumat da yalandır", - deyə nazirlikdən əlavə ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1308