Şamaxıda 37 yaşlı qadın itkin düşüb


13:40     17 Avqust 2021 2021/08/2d46bbf2-9cb3-3e15-9830-4616885ff604_850_1629196050.jpg

İyulun 20-də Şamaxı şəhər sakini,1984-cü təvəllüdlü Hacıbabayeva Xalidə Məhəmməd qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az- a verilən məlumata görə, Xalidə Hacıbabayevanın əlamətləri – boyu 160 sm, saçları qara və orta bədən quruluşludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Şamaxı Rayon Polis Şöbəsinin (020)265-21-01 şəhər və 055-491-21-01mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 1141